BARIT ÇƏLLƏYİ
BARITI ÇATMAMAQ
OBASTAN VİKİ
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Barıt imperiyaları
Barıt imperiyaları və ya Müsəlman barıt imperiyaları — XVI əsrdən XVIII əsrə qədər çiçəkləndikləri dövrdə üç türk və müsəlman imperiyasına: Osmanlı İmperiyasına, Səfəvilər İmperiyasına və Böyük Moğol İmperiyasına aid edilən termin. Bu üç imperiya erkən müasir dövrün ən güclü və ən sabit iqtisadiyyatlarına malik idi ki, bu da kommersiya ekspansiyasına və mədəniyyətin daha çox himayəsinə səbəb olur, onların siyasi və hüquqi institutları isə artan mərkəzləşmə dərəcəsi ilə möhkəmlənirdi. İmperiyalarda adambaşına düşən gəlir və əhalinin əhəmiyyətli dərəcədə artması və davamlı texnoloji yenilik tempi müşahidə olunurdu. Qərbdə Mərkəzi Avropa və Şimali Afrikadan şərqdə Benqal və Arakana qədər uzanırdılar. İmperator ekspansiyası zamanı yeni icad edilmiş odlu silahların, xüsusilə top və atıcı silahların istifadəsi və inkişafı ilə İslam barıt imperiyaları tərəfindən böyük ərazilər fəth edildi. Avropada olduğu kimi, barıt silahlarının tətbiqi mərkəzləşdirilmiş monarxiya dövlətlərinin yüksəlişi kimi dəyişikliklərə səbəb oldu. G.S.Hodqsona görə, barıt imperiyalarında bu dəyişikliklər hərbi təşkilatlanmadan xeyli kənara çıxdı. Hindistan yarımadasında yerləşən moğollar, qismən Teymuri İntibahını miras qoydular və öz dəbdəbəli memarlığı ilə tanındılar. Səfəvilər İran üçün səmərəli və müasir dövlət idarəsi yaratdılar və təsviri sənətdə böyük inkişaflara sponsorluq etdilər. Kaysar-ı Rum kimi də tanınan Konstantinopol əsaslı Osmanlı xilafətinin sultanları İki Həram Məscidin Xadimi və bununla da İslam dünyasının başçıları idilər.
Barıt müharibələri
Barıt müharibələri — barıt silahları ilə müharibə və ya daha çox yayılmış olaraq Odlu Silahlarla Müharibə, bu partlayıcı maddənin istifadəsi üçün uyğun barıt silahlarının istifadəsi ilə ortaya çıxan və bu silah texnologiyasının inkişafı ilə zaman keçdikcə bu hala gələn bir döyüş üslubudur. XV əsrdən etibarən Avropa və Asiyada məhdud bir şəkildə başlamış və XIX əsrin ortalarına qədər davam etmişdir. 1792–1815-ci illər arasında davam edən Napoleon müharibələrində zirvəyə çatdı. Barutun Çinlilər tərəfindən tapıldığını bildirən İngilis filosof və rahib Rocer Bekon bu cür müharibənin ilk müdafiəçilərindən biri idi. Silahlarda və müharibələrdə barıtın ilk istifadəsinin Çində X əsrə gedib çıxdığı məlumdur. Barıtın ilk istifadəsi top idi. Çindən sonra müsəlman dövlətlərinin ordularında sürətlə yayıldı. XV əsrin ikinci yarısından bəri, xüsusilə Osmanlı İmperiyası tərəfindən səmərəli istifadə edilmişdir. Osmanlılar tez bir zamanda barıtdan tüfəng kimi istifadə etməyə başladılar. Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth edərkən nəhəng mühasirə toplarından istifadə etdi.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. == Tarix == Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.